"Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ" adlı sosial şəbəkələrdə dərc olunmuş məqalə ilə bağlı Rayon İcra Hakimiyyətinin rəsmi cavabı
"Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ" adlı sosial şəbəkələrdə dərc olunmuş məqalə ilə bağlı Rayon İcra Hakimiyyətinin rəsmi cavabı
Vətən müharibəsinin iştirakçısı olmuş Allahverdiyev Vasif Bayram oğlu 10 noyabr 2020-ci il tarixdə ailə üzvü və yaxınları ilə birlikdə Binəqədi Rayon İcra Hakimiyyətində qəbul edilərək, diqqətlə dinlənilmişdir. Beyləqan rayonunda qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşayan Allahverdiyev Vasif Bayram oğlunun müraciətinin əsas səbəbi mənzillə təmin edilməsi olmuşdur. Bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşların dövlət hesabına mənzillə təmin olunması barədə qanunvericiliyin tələbləri və qaydaları ətraflı izah edilmiş, bununla bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunduqdan sonra rayon rəhbərliyi tərəfindən qəbul edilməsi barədə heç bir tələbi olmayaraq, inzibati binanı tərk etmişdir.
Əlavə olaraq qeyd etmək istərdik ki, Rayon İcra Hakimiyyətində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri pandemiya şəraitinin tələblərinə uyğun olaraq növbədənkənar qəbul edilir. Eyni zamanda qazimizin qəbulla bağlı hər hansı tələbi olarsa, Rayon İcra Hakimiyyətində növbədənkənar qəbul edilməsi təmin ediləcəkdir.