Şriftin ölçüsü :

Saytın rəngi :

İKT ili çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində görülmüş işlərin təqdimatı keçirildi

19 dekabr 2013 | 11:00

Dekabr ayının 18-də Binəqədi Rayon İcra Hakimiyyətində İKT ili çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində görülmüş işlərin təqdimatı  keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Vergilər Nazirinin müşaviri Akif Musayev, Nazirliyin məsul işçisi Elçin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramiz Quliyev, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayon icra strukturlarının, eləcə də hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Təqdimatda  İKT ili çərçivəsində Rayon İcra Hakimiyyətində görülmüş işlərə dair videoçarx nümayiş etdirildi. Tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov giriş nitqi ilə başlayaraq Binəqədi Rayon İcra Hakimiyyətinin İKT sahəsində strategiyası və onun əsas prinsipləri barədə ətraflı məlumat verdi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərovun təqdimatında “1646” xidməti barədə məlumat verildi. YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Qabil Qafarov və “Binəqədi Sahibkarları” İctimai Birliyinin icraçı direktoru Yavər Şahbazov tədbir iştirakçılarını təmsil etdikləri qurumların veb səhifələri ilə tanış etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov “Operativ məlumatlar” alt modulu, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev “Statistik hesabatlar” alt modulu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov isə “Ev təsərrüfatları” alt modulu haqqında tədbir iştirakçılarına məlumat verdilər.
“Elektron xidmətlər” (elektron arayışlar) bölümü isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanovun təqdimatında qonaqların diqqətinə çatdırıldı.
Tədbirdə Vergilər nazirinin müşaviri A.Musayev və millət vəkili R.Cəbrayılov da çıxış edərək, Rayon İcra Hakimiyyətində “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” sahəsində görülmüş işləri yüksək qiymətləndirdilər.

Keçidlər