Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanı çökürdən dəmir yumruq...

11 yanvar 2021 | 11:00

Prezidnet İlham Əliyev: “...unutmasınlar ki, dəmir yumruq yerindədir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün prioritet idi. Prezident İlham Əliyev əksər yerli və beynəlxalq tədbirlərdəki çıxışlarında bu məsələni xüsusi qabardı, lakin Ermənistanın işğalçı mövqeyindən əl çəkməməsi, azərbaycanlıların yaşadıqları tarixi torpaqları geri qaytarmaması ona çox baha başa gəldi. 27 sentyabrda başlayan Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Prezidnet İlham Əliyevin rəhbərlyi və əmri ilə başlayan “Dəmir yumruq” əməliyyatı Ermənistanın siyasi və hərbi gücsüzlüyünü bir daha ortaya qoydu. Azərbaycan sanki “Dəmir yumruq”la Ermənistanın başına elə bir zərbə vurub ki, bu işğalçı ölkə hələ də özünə gələ bilmir. Ayrıca, Paşinyan hakimiyyəti tamamilə yerindən laxlayıb dağılmaq həddinə gəldi.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev öz çıxışında bu məsləyə toxunaraq qeyd etdi ki, Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi: “...Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.

Azərbaycan dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur”.  
44 günlük müharibə Ermənistanı daha da böyük hərbi və iqtisadi tənəzzülə apardı. Prezidentin öz çıxışında bildirdiyi kimi Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. 

Diqqət çəkən məqam odur ki, Prezident İlham Əliyev Ermənistana barmaq silkələyib dəmir yumruğu bir daha göstərdi: “Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.

Bu gün Ermənistan artıq dalan ölkəyə çevrilib. Azərbaycanın səyləri nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid olunub və bu siyasət öz nəticələrini verib. Əgər Ermənistan bu düşmənçiliyini davam etdirəcəksə, Azərbaycan bundan sonra da bu siyasətini davam etdirəcək. Azərbaycan istədiyinə nail oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özü həll etdi. Ermənilərin Qarabağda qondarma dövlət yaratmaq xüylaranı, separatist fikirlıini puça çıxardı. Azərbaycan öz ərazi bütövlüyü məsələsni həll etməklə həm də dünyaya öz gücünü nümayiş etdirdi. Dünya birliyinə, ictimaiyyətinə göstərdi ki, Dağlıq Qarabağ bizim tarixi torpaqlarımızdır. Azərbaycan bunu təkcə sözlə yox, hərbi gücü ilə, sübutlarla dünya birliyinə çatdırdı.

 

Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev

Keçidlər