Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda canını belə əsirgəməyən oğullarımızla hər zaman fəxr edirik!

16 yanvar 2021 | 11:00

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlqar Süleymanov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Qadir Məmmədov və Binəqədi rayon şəhidi Quliyev Raminin atası Quliyev Rizvan, şəhid Abbasov Vahidin atası Abbasov Sahib, şəhid Emin Bağırovun atası İmran Bağırov ilə birlikdə əsirlikdən qayıdan 21 yaşlı qəhrəman zabitimiz Mobil Əhmədzadəni ziyarət etdilər.                                                                                         

Zabit kimi ilk xidmətinə cəbhədə, müharibədə başlayan Mobil Əhmədzadə Şuşa uğrunda gedən üzbəüz döyüşlərdə iştirak edib. Tağım komandiri olan Mobil zabit yoldaşı ilə şəxsi heyətin müdafiəsini təşkil edən zaman erməni tankı tərəfindən vurulub.

Vətən uğrunda canını belə əsirgəməyən oğullarımızla hər zaman fəxr edirik!

Keçidlər