Şriftin ölçüsü :

Saytın rəngi :

Ölümlünlə ölümsüzlüyə qovuşduğun 40-cı gündür artıq…

21 yanvar 2021 | 11:00

Bu gün 2-ci Vətən Müharibəsində Vətənin harayına hay verərək, uğrunda canından keçən şəhidimiz Əhmədov Tacir Mehdi oğlunun ölümü ilə ölümsüzlüyə qovuşduğunun 40-cı günüdür. Ruhu qarşısında baş əyirik ! Həyatda ən böyük xoşbəxtlik də elə vətən yolunda şəhid olmaqdır. Şəhidlik zirvədir, şəhidlik bir məktəbdir- bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə bütövlükdə Azərbaycan fəxr edir.

Əhmədov Tacir Mehdi oğlu 20 aprel 2001-ci ildə Kürdəmir aryonunun Qarabucaq kəndində doğulmuşdur. Baki Bineqedi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Tacir məktəbi bitirdikdən sonra dogulduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Naxcivan Muxtar Respublikasında "N" saylı hərbi hissədə xidmət etmiş və müddətdən artıq hərbi xidmət götərmişdir. 2-ci Vətən Müharibəsi başladıqdan sonra Tacir könüllü olaraq Vətənin keşiyini çəkmək üçün cəbhə bölgəsinə yollanmışdır. Tacir Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak etmiş, Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Allah sənə rəhmət eləsin nur üzlü, şəhidimiz.

 

Keçidlər