Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı inşa yazı müsabiqəsinin Binəqədi rayon turu

27 yanvar 2021 | 11:00

27 yanvar 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şanlı Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin rayon turu keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Müsabiqədə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 32 orta məktəbdən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş 17 mövzu üzrə 57 şagird iştirak etmiş, onlardan 23 şagird 1-ci mərhələni uğurla başa çatdırmış, 8 şagird 2-ci mərhələyə vəsiqə qazanmışdır.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Amal Əsgərov, məktəb direktorları, müəllimlər və sagirdlər iştirak edirdilər.

Tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin  və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən igid oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət himninin səslənməsindən sonra açıq elan edildi. Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova müsabiqənin seçim mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verdi.Binəqədi rayonu, 284 saylı tam orta məktəbin direktoru Nizami Novruzov müsabiqənin təşkilatçılarına dərin təşəkkürünü bildirib, belə tədbirlərin orta məktəb şagirdləri arasında vətənpərvərlik hisslərinin və milli ruhun yüksəlməsində əvəzsiz rol oynadığını qeyd etdi. Binəqədi rayonu, 157 saylı tam orta məktəbin tarix müəllimi “Vətən Müharibəsi” iştirakçısı Ruslan Ağamalıyev “Vətən Müharibəsinin” tarixi əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.

Növbəti mərhələdə Binəqədi rayon turuna vəsiqə qazanan 8 şagirdin inşa yazı işi dinlənildi.

Daha sonra? Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov müsabiqənin bundan sonrakı mərhələləri, qiymətləndirmə meyarları və layihə haqqında ətraflı məlumat verdi.

Tədbirdə çıxış edən Binəqədi Rayonu İcra Başçısının müavini Sevinc Süleymanova Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanova müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayaraq, təşəkkürünü bildirdi və məktəblilərə uğurlar arzu etdi. Bildirdi ki, Binəqədi Rayon İcra Hakimiyyəti bundan sonra da şagirdlər və gənclər arasında vətənpərvərliyin, doğma yurda sevginin, dövlətə sədaqətin təbliği istiqamətində olan layihələrin keçirilməsinə davam edəcək.

Müsabiqədə fərqlənən iştirakçılar müvafiq dərəcəli “Diplom”,  “Təşəkkürnamə”  və xatirə hədiyyəsi ilə mükafatlandırıldılar.

Keçidlər