Şriftin ölçüsü :

Saytın rəngi :

7-ci mikrorayon sakinləri ilə səyyar görüş keçirildi

21 dekabr 2013 | 11:00

2013-cü il dekabrın 19-də 7-ci mikrorayonda 244 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 7-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 162 nəfər mikrorayon sakini iştirak edirdi.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verildi.
   Bundan əlavə, görüşdə “Binəqədi Rayon İcra Hakimiyyətinin İnformasiya Texnologiyaları sahəsində Strategiyası və Tədbirlər Planının təsdiq olunması haqqında” sərəncama uyğun olaraq, ev təsərrüfatları, operativ məlumatlar, məsləhət-məşvərət, statistik hesabatlar altmodulları yaradılması haqqında məlumat verildi. Bildirildi ki, hal-hazırda rayon ərazisində yerləşən qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, mənzil-kommunal təsərrüfatı müəssisələri Avtomatlaşdırılmış İnformasiya Sisteminə inteqrasiya olunub.
    Yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərə elektron xidmətlərin göstərilməsinə başlanılıb.
    Belə ki, ev təsərrüfatı uçotu kitablarının aparılması ilə əlaqədar məlumat verilərək bildirildi ki, rayon üzrə uçotu aparılmış ev təsərrüfatlarının  hal-hazırda elektron formada mərkəzi bazası yaradılıb və qəsəbə, sahə inzibati ərazi dairələri üzrə aparılan Ev təsərrüfatlarının uçotu həmin bazada yerləşdirilir. Bu da sakinlər haqqında müxtəlif informasiyaların qısa müddət ərzində əldə edilməsində mühüm rol oynayacaq.
Bundan əlavə sakinlərə arayışların verilməsi ilə əlaqədar elektron formada göstərilən xidmətlər barədə də ətraflı məlumat verildi. Bildirildi ki, vətəndaş evdən, iş yerindən və yaxud da istənilən ərazidən Rayon İcra Hakimiyyətində yaradılmış elektron ünvana daxil olub, özü haqqında məlumatları təqdim olunan formaya uyğun dolduraraq arayış ala bilər. 
Daha sonra mikrorayon sakinlərindən Ağaəli Quliyev, Turxanım Əliyeva,  Alim Məmmədov, Dilbər Məmmədova, Gülcahan Dadaşova, Roza Bağırova və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər