“Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb”
04 fevral 2021 | 11:00
Prezident İlham Əliyev Sumqayıta sonuncu səfəri zamanı Azərbaycanın postmüharibə dövründəki yeni hədəfləri haqqında məlumat verdi. Qeyd edildi ki, işğaldan azad olunmuş torpaqlar bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları baxımından çox önəmli potensiala malikdir. Bu baxımdan azad olunmuş torpaqlar Azərbaycanın gələcək inkişafını təmin etmək üçün xüsusi rol oynaya bilər.
Sumqayıta səfəri zamanı Prezident İlham Əliyev bu potensialdan səmərəli və effektiv şəkildə yararlanmağın yolunu açıqladı. Prezident İlham Əliyevin çıxışından: “Azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli bütün Azərbaycana transfer ediləcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək.”
Həmin inkişaf modelinə əsasən işğaldan azad olunmuş ərazilərdə müasir idarəetmə sistemi qurulacaq, ağıllı şəhər konsepsiyaları həyata keçiriləcək və dövlət orqanlarının fəaliyyəti planlı şəkildə təmin ediləcəkdir. Burada əldə edilən yeni və uğurlu nəticələr ölkənin digər ərazilərində də tətbiq ediləcək. Bu siyasəti həyata keçirmək üçün Azərbaycanda siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, gözəl biznes mühiti və qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.

Xüsusilə, dünən Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini təsdiqlədi. Həmin prioritetlərə əsasən qarşıdaki onillikdə Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi hədəfləri reallaşdırılmalıdır. Artıq Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb, Beləliklə də, Azərbaycan dünyada uğurlu inkişaf təcrübəsinə malik olan bir ölkəyə çeviriləcək.
Fəsli Nəbiyev,
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri