Sakinlərin Müraciət Xidmətinin 8 illik fəaliyyəti barədə
Sakinlərimizə xidmət edən “Sakinlərin Müraciət Xidməti – 1646"-nın yaranmasından 8 il ötür. Bu gün onların yaranma tarixi və bayramıdır.
Məlumat üçün bildirək ki, Rayon İcra Hakimiyyəti Başçısının 6 fevral 2013-cü il tarixli Sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti – 1646" (SMX–1646) istifadəyə verilmişdir. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, operativ kommunikasiyanı təmin etmək və bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.
“Sakinlərin Müraciəti Xidməti-1646”-nın kollektivi, Sizləri təbrik edir, şərəfli işinizdə hər birinizə uğurlar diləyirik!