Sakinlərin Müraciət Xidmətinin 8 illik fəaliyyəti barədə
Sakinlərin Müraciət Xidmətinin 8 illik fəaliyyəti barədə
Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətinin bu gün fəaliyyətinin 8 ili tamam olur.
Xidmət vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların rayonda fəaliyyət göstərən dövlət qurumlarına müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılmış, bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilərək 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir.
Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
Fəaliyyətə başladığı dövrdən Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 245 852 vahid, tərtib edilmiş icraat vərəqələrinin sayı 49 401 vahid olmuşdur.
/storage/files/files/reliz%208%20illik%20f%C9%99aliyy%C9%99ti%20bar%C9%99d%C9%99.docx