Şriftin ölçüsü :

Saytın rəngi :

"Təklifim var" portalı ilə tanışlıq

10 fevral 2021 | 11:00

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) vətəndaşlara müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan http://www.teklifimvar.az portalını istifadəyə verib.

Portal əhalini ölkənin ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştiraka təşviq etmək, eyni zamanda ictimai nəzarətin gücləndirilməsinə töhfə vermək məqsədilə hazırlanıb.

Portalda qeydiyyatdan keçən istifadəçilərin təqdim etdikləri təkliflərə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən baxılacaq, seçildikdən sonra onların reallaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçiriləcək. Nəticələrə dair məlumatlar portalda yerləşdiriləcək və bununla da ictimaiyyətin prosesi izləməsi mümkün olacaq.

Portaldan istifadə qaydaları ilə təqdimat videosu vasitəsilə tanış ola bilərsiniz.

Keçidlər