Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Gəncləri Günü” münasibətilə Binəqədi rayonunda bir qrup fəal gənc təltif olundu

10 fevral 2021 | 11:00

Rayonun gənclər siyasəti, ictimai, sosial və mədəni həyatında fəal iştirak edən bir qrup fəal gənclərin mükafatlandırması mərasimi təşkil olunmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 02 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə “Qalib Ölkənin Gəncləri” adlı onlayn tədbir zamanı Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev tərəfindən elan olunmuş, rayonun gənclər siyasəti, ictimai, sosial və mədəni həyatında fəal iştirak edən bir qrup gəncin 05 fevral 2021-ci il tarixində mükafatlandırması mərasimi təşkil olunmuşdur.

Mükafatın təsis edilməsində məqsəd 2020-ci il ərzində müxtəlif sahələrdə yüksək nailiyyət əldə etmiş gənclərin əməyini qiymətləndirilməsi, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul verməkdir.

Mükafatlandırma mərasimi pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları Cəfərova Badam, Əliyeva Aysel, Yarəli Ellada da təltif olunanlar sırasındadır.

Rayon ictimaiyyəti adından təltif olunanları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

 

Keçidlər