Şriftin ölçüsü :

Saytın rəngi :

TARİXDƏ BU GÜN!

10 fevral 2021 | 11:00

Türkmənçay faciəsindən 193 il ötür. Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq, lakin sözün əsl mənasında bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi bilməli və dərs almalıyıq.

1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv. km olub. "Türkmənçay" müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv.km ərazisi İrana, 130 min kv.km ərazisi isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu.

Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Rusiya və İran arasında imzalanmış, Azərbaycanın iki yerə bölünməsini qəti şəkildə rəsmiləşdirən Türkmənçay müqaviləsidir. Əslində bu, bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, yırtıcılıq idi. Artıq həmin tarixdən 193 illik zaman keçir.

Azərbaycan son 200 ildə ilk dəfədir ki, müxtəlif itirilmiş torpaqlarını, əlindən alınan haqqını geri qaytara bilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə ordumuzun həyata keçirdiyi xilaskarlıq və zəfər yürüşü ilə Azərbaycan erməni terrorçuları və Qafqazda erməni problemini yaratmış bədxahları qarşısında bu qədər güclü mövqeyə sahib oldu, bizi haqq yolundan sapındırmağa çalışan şərin, ədalətsizliyin üzərinə bu qədər əzmlə yeriyərək haqqın nahaq üzərində qələbəsinə nail oldu.

Keçidlər