Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində mövcud kanalizasiya xəttinin müasir standartlara cavab verən üsullarla yenilənməsi işlərinə başlanmışdır

12 fevral 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, "Məmmədoğulları" MMC-nin dəstəyi və "Bakı Sukanal" idarəsinin köməyi ilə Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, 3-cü döngə ünvanında uzun müddətdir sakinləri narahat edən dərin gigiyenik problemlərin aradan qaldırılması məqsədilə ümumi uzunluğu 600 metrə yaxın olan ərazidə (250 metr hissəsi açıq, 350 metrəyə yaxın hissəsi qapalı) kanalizasiya xəttinin çəkilməsi və çirkab sularının qarşısının alınması məqsədilə açıq kanal xətti müasir standartlara cavab verən üsullarla tam qapalı xəttə keçirilir, qapalı hissələrdəki xəttlər isə 400 mm diametrli borularla əvəz olunur. Qeyd edək ki, intensiv şəkildə aparılan təmir-bərpa işləri davam edir.

Keçidlər