Millət vəkili Xalq şairini təbrik etdi
Millət vəkili Xalq şairini təbrik etdi
Milli Məclisin VI çağırış deputatı, Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva Xalq şairi Nəriman Həsənzadəni şəxsi "feysbuk" hesabında təbrik edib.
Bugün istedadlı Xalq şairimiz Nəriman Həsənzadənin 90 illik yubileyidir. Dəyərli şairimiz Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə ən ali dövlət mükafatlarından biri olan “İstiqlal” ordeni ilə təltif edilmişdir.
"Hörmətli ağsaqqal, son dərəcə sadə, təmkinli, nəcib, xeyirxah, böyük ürək sahibi, həmişə xalqla birlikdə olan və dövlətçiliyimizə sadiq olan xalq şairimizi ürəkdən təbrik edirəm. Ona uzun ömür, möhkəm can sağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzulayıram".