Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş rəsm və inşa-yazı müsabiqələrinin qaliblərinin təltifetmə mərasimi keçirildi

25 fevral 2021 | 11:00
25 fevral 2021-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər evində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda keçirilmiş onlayn rəsm və inşa-yazı müsabiqələrinin qaliblərinin əl işlərindən ibarət rəsm sərgisi və təltifetmə mərasimi təşkil olunmuşdur.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev və müsabiqə qalibləri iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları müsabiqə qaliblərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək tədbir iştirakçılarına Xocalı faciəsinin 29-cu ildönümü haqqında məlumat verərək, Xocalı faciəsinin XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş ən böyük faciələrindən biri olduğunu və amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz saldığını qeyd etdi. Eyni zamanda 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən danışdı.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev çıxış edərək müsabiqələrin qalibi olmuş məktəbliləri təbrik edibək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda keçirilmiş onlayn rəsm və inşa-yazı müsabiqələrinin qalibləri mükafatlandırıldı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər