Şriftin ölçüsü :

Saytın rəngi :

Xocasən qəsəbəsində səyyar görüş keçirildi

28 dekabr 2013 | 11:00

2013-cü il dekabrın 27-də Xocasən qəsəbəsi, “Firavan” şadlıq sarayında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər qəsəbə sakini iştirak edirdi.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verildi.
Daha sonra qəsəbə sakinlərindən  İsmayıl Yusifov, Məcid Səmədov, Elnur Qurbanov, Ağayar Məmmədov, Məmməd Quliyev, Xankişi Xankişiyev və  başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər