Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Xocalı soyqrımının 29-cu il dönümünə həsr olunmuş “613 can” adlı ağacəkmə aksiyası keçirildi

26 fevral 2021 | 11:00

26 fevral 2021-ci il tarixində Binəqədi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, Heydər Əliyev Fondunun dəstəyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun şəkildə təşkil olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

Keçirilmiş ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və YAP Binəqədi Rayon təşkilatının rəhbərliyi iştirak etmişdir.

1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə tarixin ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək dağıtdılar və yerli əhaliyə qarşı əsil genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Soyqırım qurbanlarına Allahdan rəhmət diləyirik!

Binəqədi rayonunda İctimaiyyət nümayəndələri ümumilikdə, Xocalı soyqırımı qurbanlarının xatirəsinə xitabən 613 ədəd ağac əkmişlər. Əkilən ağacların suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması fasiləsiz təmin ediləcəkdir.

https://www.youtube.com/watch?v=IvHsesqRhxA

 

Keçidlər