Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yeni təyinatlar: Mehrabzadə Füzuli Mahir oğlu

03 mart 2021 | 11:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 07.01.2021-ci il tarixli Fərmanına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”sinin aparıcı məsləhətçisi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, şərəfli döyüş yolu keçmiş Füzuli Mahir oğlu Mehrabzadə təyin edilmişdir.

Füzuli Mahir oğlu Mehrabzadə 25 sentyabr 1996-cı ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur.

2002-2013- cü illərdə Ağsu rayonu şəhid S.Mütəllimov adına Gəgəli kənd tam orta məktəbində orta təhsil, 2013-2017-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tarix müəllimliyi ixtisasının “SABAH” qruplarında ali təhsil almışdır. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunda “Peşəkar ol” təhsil proqramında təhsilini təkmilləşdirmişdir.

2017-2018-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, 2019-2021-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsində çalışmışdır.

21 sentyabr 2020-ci il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin çağırışı ilə ordu sıralarına yenidən qatılmış, Talış, Suqovuşon, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Keçidlər