Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Murad Teymurşah oğlu Məmmədlinin ailəsi ziyarət edildi

19 fevral 2021 | 11:00

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının və YAP Binəqədi rayon təşkilatı aparatının əməkdaşları “Xırman” və “Eldost” İnşaat şirkətlərinin nümayəndələri ilə birlikdə 19 fevral 2021-ci il tarixində Vətən müharibəsi zamanı qəhrəmancasına ən ali zirvə - Şəhidlik zirvəsinə ucalan igidimiz Murad Teymurşah oğlu Məmmədlinin ailəsini və qazimiz Namil Nurəddin oğlu Qarayevi ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar.

Keçidlər