Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon şəhidi gizir Səmədov Nicat Şahin oğlunun ailəsi ziyarət edildi

02 mart 2021 | 11:00

Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir. 2 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi RİH başçısı aparatının və YAP Binəqədi rayon təşkilatı aparatının əməkdaşları, “Bakı Tekstil Fabriki” və “Millennium Dondurma” şirkətlərinin  nümayəndələri ilə birlikdə Vətən müharibəsi zamanı qəhrəmancasına ən ali zirvə - Şəhidlik zirvəsinə ucalan şəhidimiz, 3-cü dərəcəli Vətənə xidmətlərə görə ordenli, gizir Səmədov Nicat Şahin oğlunun ailələrini ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar.

Keçidlər