Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi məktəbliləri arasında “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə əlaqədar əl işləri və rəsmlərdən ibarət müsabiqənin yekun tədbiri keçirildi

28 dekabr 2013 | 11:00

27 dekabr tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında keçirilən “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə rəsm və əl işlərindən ibarət müsabiqənin yekunlarına dair tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov çıxış edərək məktəblilərə Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərovun təbriklərini çatdırdı.
Tədbirdə 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin kollektivi  bayram proqramı ilə çıxış etdi. Məktəblilərin əl işlərindən ibarət videoçarx nümayiş etdirildi. Daha sonra mükafatlandırma mərasimi oldu. Məktəblilərin rəsm və əl işləri “Facebook” sosial şəbəkəsində topladıqları səs faizinə görə müvafiq yerlərə layiq görülüblər, bir qalib isə münsiflər heyəti tərəfindən müəyyənləşdirildi.
Müsabiqədə Binəqədi rayon məktəblərindən 65 şagird iştirak edib, onlardan “Facebook” sosial şəbəkəsindəki səsvermənin nəticələrinə görə, 144 saylı orta məktəbin 7-ci sinif şagirdi Ayan Abbasova birinci yerə layiq görülüb. Münsiflər heyətinin qərarı ilə isə 297 saylı orta məktəbin 8-ci sinif şagirdi Selcan Seyfullayeva da birincilik qazandı. İştirakçılardan 2 nəfər ikinci, 3 nəfər isə üçüncü yerləri tutdu.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı, müsabiqənin digər iştirakçılarına isə fəxri fərman və həvəsləndirici mükafatlar təqdim edildi.

Keçidlər