Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon şəhidi, baş leytenant Əzizov Elçin Əvəz oğlunun ailəsi ziyarəti edildi

04 mart 2021 | 11:00

Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir. 2021-ci il  3 mart tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi RİH başçısı Aparatının və YAP Binəqədi Rayon Təşkilatı aparatının əməkdaşları “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Binəqədi nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu, “ Dostluq Ticarət Mərkəzi” və “Tayqa Ticarət Marketlər” şəbəkəsinin nümayəndələri ilə birlikdə Vətən Müharibəsi zamanı qəhrəmancasına ən ali zirvə - Şəhidlik zirvəsinə ucalan şəhidimiz, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı lə təltif olunmuş və 3-cü dərəcəli “Vətənə xidmətlərə görə” ordeninə layiq görülmüş, baş leytenant Əzizov Elçin Əvəz oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğı və problemləri ilə maraqlanmışlar.

Keçidlər