Binəqədi rayonunda “Yeni Azərbaycan Partiyası – Zəfərlərə aparan yol” adlı onlayn formatda tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 28-ci ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Yeni Azərbaycan Partiyası – Zəfərlərə aparan yol” adlı onlayn formatda tədbir keçirildi. Tədbirdə Milli Məclisin üzvü Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının Şura və İdarə Heyətinin üzvləri, əməkdaşları, ərazi ilk partiya təşkilatının sədrləri və fəalları, Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi və Binəqədi rayonunda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəbinin şagirdinin ifasında şeirlər səsləndirildi.