Binəqədi rayonunda Binəqədi şəhidlərinin xatirəsinə “Memorial Abidə Kompleksi” ucaldılmışdır.
Binəqədi rayonunda Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsi məqsədilə Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi parkda yenidən qurma və bərpa işləri aparılmışdır. Belə ki, torpaqlarımızın azadlığı və müstəqilliyi, bütövlüyü uğrundan öz canlarından keçən Binəqədi şəhidlərinin xatirəsinə “Memorial Abidə Kompleksi” ucaldılmışdır. Tədbirdə karantin qaydalarına uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Sevinc Süleymanova, RİH başçısı aparatının İctimai siyasi və Humanitar məsəslələr şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Qəsəbə Ərazi İnzibati Dairəsinin nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti iştirak etmişlər. Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov giriş nitqi ilə açılış edərək qeyd etdi ki, Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən bu Zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Vüsar İsmayılov hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmadığını diqqətə çatdırıraq, bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə bütövlükdə Azərbaycan xalqının fəxr etdiyini dedi. Bu gün hər bir ölkə vətəndaşı "Bu Vətən bizimdir!” deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Natiq çıxışının sonunda “Şəhidlər bizim ən ali qürur mənbəyimizdir” söylədi.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları “Novruz bayramı” ərəfəsində rayon ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban komplekslərində dəfn olunmuş şəhidlərimizin məzarlarını ziyarət etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
https://operativ24.az/index.php?newsid=10924