Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi qeyd edildi

30 dekabr 2013 | 11:00

2013-cü il dekabrın 28-də “Hollivud” şadlıq sarayında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkillərinin, rayon idarə və müəssisə rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, 2013-cü il ərzində Binəqədi rayonunda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, iqtisadiyyatımızın inkişaf etdiyini, Dövlət Proqramlarının icra edildiyini, ümumilikdə, 2013-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin şərəflə yerinə yetirildiyi bildirildi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirdi.
Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs  fəxri fərmanlarla mükafatlandırıldı.
Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi.
Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar olaraq silsilə tədbirlər davam etdirilir. Ümumilikdə, 700-ə yaxın ailəyə Yeni il sovqatı verilib.

Keçidlər