Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Yaşıl Marafon” layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası həyata keçirildi

08 aprel 2021 | 11:00

"İDEA" İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyası həyata keçirildi. Aksiya çərçivəsində bu dəfə Bakının Xocəsən qəsəbəsində 2 ha ərazidə 1500 şam və zeytun ağacları əkildi. 

ağacəkmə aksiyasının keçirilməsində əsas məqsədi yaşıllıq sahələrini artırılması, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsi, o cümlədən, ölkəmizin flora biomüxtəlifliyinin artırılması və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Ağacəkmə aksiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı Elxan Allahverdiyev iştirak etdilər.

Keçid üçün:

https://www.youtube.com/watch?v=hxTYZxUtNgI...

 

Keçidlər