Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti rayondakı məktəbəqədər təhsil müəssisələri üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirdi

31 dekabr 2013 | 11:00

Dekabr ayının 30-da Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonda yerləşən məktəbəqədər təhsil müəssisələri üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram şənliyi təşkil olundu. Bayram şənliyində rayonun uşaq bağçaları ilə yanaşı, şəhid, Milli Qəhrəman ailələrindən olan və əlil uşaqlar iştirak etdilər.
Şən əhval-ruhiyyələri, şıltaqlıqları ilə yanaşı, öz istedad və bacarıqlarını məharətlə göstərən Binəqədi rayonu, 138 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında canlandırılan səhnəciklər, ifa olunan nəğmələr, rəqslər rəngarəngliliyi ilə tədbiri daha da yadda qalan etdi. Bayram şənliyində həmçinin, Binəqədi rayonunun inkişafını əks etdirən mənzərənin fonunda şaxta babanın səyahətindən bəhs edən slaydın nümayişindən sonra göstərilən videoçarxda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqların, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə həmvətənlərimizə ünvanladığı təbrik uşaqlar tərəfindən sevinclə qarşılandı.
Dünya musiqisi və milli musiqimizin sədaları altında canlandırılan səhnəciklərdə uşaqların sevimlisi olan nağıl qəhrəmanları və personajların nümayişi ilə uşaqların nağıl dünyasına səyahəti iştirakçıların böyük marağına səbəb oldu.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 200 uşağa yeni il hədiyyəsi təqdim edildi.

Keçidlər