Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, xüsusilə övladlarına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir...

26 aprel 2021 | 11:00

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, xüsusilə övladlarına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Torpaq uğrunda canından keçən şəhidlərimizin övladlarının yaxşı yaşamağa, yüksək səviyyədə təhsil almağa, savadlı yetişməyə hər kəsdən çox haqqı çatır. Vətən müharibəsində şəhid olan dörd  hərbçimizin övladları yeni tədris ilindən  etibarən Azərbaycanın ən elitar məktəblərindən hesab olunan “İdrak” liseyində ödənişsiz təhsil alacaqlar.  Adıçəkilən təhsil ocağının atdığı bu addım şəhid ailələrinə qayğının bariz nümunəsidir. Uşaqların gələcəyi, yararlı vətəndaş kimi formalaşması ilk olaraq təhsildən başlayır.

Şəhid övladlarının “İdrak” liseyində ödənişsiz təhsil almaları, savadlı gənc kimi yetişdirilmələri təhsil ocağının təsisçisi, professor Mövsüm Alışovun təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin təşkilatçılığı ilə həyata keçirilmişdir.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlunun övladları -   Tağızadə Fuad Ruslan oğlu 7-ci sinifdə, Tağızadə Polad Ruslan oğlu 3-cü sinifdə, şəhid mayor Qasımov Abbas Rza oğlunun övladları - Qasımov Əlirza Abbas oğlu 1-ci sinifdə, digər övladı Qasımov Hüseyn Abbas oğlu məktəbəqədər hazırlıq qrupunda, şəhid  kapitan Musibov Veysəl Yadulla oğlunun övladı - Musibova Nilay Veysəl qızı məktəbəqədər hazırlıq qrupunda,  şəhid baş-leytenant Əzizov Elgün Elman oğlunun övladı - Əzizov Məhəmməd Elgün oğlu 1-ci sinifdə təhsil alacaqlar.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!

Keçidlər