Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2013-cü ilin dekabr ayında daxil olmuş müraciətlər

08 yanvar 2014 | 11:00

2013-cü ilin dekabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646)  daxil olmuş zənglərin sayı 4422, birbaşa cavablandırılmış zənglərin sayı 3341, 1 operator üzrə zənglərin orta sayı 132,  yaradılmış əks əlaqələrin sayı –1026, tərtib edilmiş şikayət vərəqələrinin sayı 632 olub.
Xidmət səviyyəsi 80 %, icraçılıq səviyyəsi 75,8 % təşkil edib.
Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində dekabr ayı ərzində daxil olmuş müraciətlərin 632 -i və ya 16 %-i üzrə şikayət vərəqəsi tərtib edilib.
Şikayət xarakterli 632 müraciətin 479 və ya 75,8 %-nin icrası təmin edilib, o cümlədən 420 və ya 87,6 %-i tam həll olunub, 6 və ya 1,3% qismən həll edilib, 53  və ya 11,1 % müvafiq izahat verilərək həll edilib, 153 və ya 24,2 %-nin həlli icraatdadır.
Daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə, müraciətlərin 141-i və ya 22,3 %-i su-kanalizasiya, 120-i və ya 19 %-i qaz təchizatı, 31-i və ya 4,9 %-i elektrik enerjisi, 44-ü və ya 7 %-i lift problemləri, 26-ı və ya 4,2  %-i yolların yararsız olması, 209-u və ya 33 %-i istilik təchizatı, 25-i və ya 3,9 %-i zibil və tullantılar ilə əlaqədar, 36-ı və ya 5,7 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.

Keçidlər