Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Çernobıl Atom Elektrik Stansiyasında baş verən faciənin növbəti ildönümünə həsr olunmuş görüş keçirildi.

28 aprel 2021 | 11:00

Binəqədi rayonunda Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 35 illiyinə həsr olunmuş görüş keçirildi.

Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş verən qəza nəticəsində böyük bir ərazinin xarabalığa çevrildiyini, yüz minlərlə insanın radioaktiv şüalanmaya məruz qalaraq sağalmaz xəstəliyə düçar olduqlarını və həmin qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edən minlərlə Azərbaycan vətəndaşının zərər çəkdiyini, dünyasını dəyişdiyini bildirdi. Respublikamızda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən, xüsusilə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırdı. E.Məmmədov bildirdi ki, məhz Ümummilli liderin diqqət və qayğısı sayəsində Çernobıl əlillərinə bir sıra güzəşt və imtiyazlar verilmiş, onlar daim dövlətin diqqətində olmuşlar.

“Çernobıl Əlilləri” İttifaqının Binəqədi rayon şöbəsinin sədri Kamal Əliyev Çernobıl əlillərinə göstərilən dövlət qayğısından, əlillərin himayə edilməsindən, üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşılmasından razılıqla danışdı.

Sonda bir qrup Çernobıl əlilinə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım edildi.

Keçidlər