Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “İşıqlı xatirələrdə yaşayır” adlı onlayn anım tədbir keçirildi

28 aprel 2021 | 11:00

28 aprel  2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oftalmoloq,  əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş iki hissədən ibarət anım tədbiri keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov,  müavinlər - Vüsar İsmayılov, Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, İcra Hakimiyyəti Aparatının şöbə müdirləri və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Onkooftalmologiya bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rühəngiz Balayeva Zərifə Əliyeva adına parkda görkəmli alimin abidəsini ziyarət etdilər. Tədbir iştirakçıları abidə önünə əklil qoyaraq  Zərifə xanımın əziz xatirəsini ehtiramla yad etdillər.

İkinci hissə isə “ZOOM” platformasında “İşıqlı xatirələrdə yaşayır” adlı tədbirlə onlayn formatda davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev,  “Azərbaycan Oftalmologiya Jurnalı”nın baş redaktorunun müavini, baş elmi işçi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Faiqə Şamilova, orta ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, səhiyyə, mədəniyyət müəssisələrinin və ictimai birliklərin rəhbərləri iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, ictimai xadim akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir: “Bu gün keçirdiyimiz anım tədbiri isə Zərifə xanım Əliyevanın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir.”

Çıxış edənlər Kəmaləddin Qafarov, Faiqə Şamilova Zərifə xanım Əliyevanın oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar apardığını, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf ettdiyini, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar apardığını tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Həmçinin əlavə olundu ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur.

Elmi və ictimai fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva, eyni zamanda, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi”-deyən Ramiz Göyüşov qeyd etdi ki, O, ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan, xalqı üçün çalışan övladlar böyütmüşdür. Görkəmli alimin ürəklərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaqdır.

Tədbir sonda iştirakçıların da birgə müzakirəsi ilə davam etdirildi.

 

Keçidlər