Binəqədi Rayon Bələdiyyəsinin fəaliyyəti müsbət qiymətləndirilərək respublikada pilot layihə kimi istifadə edilməsi tövsiyə olunmuşdur.
Respublika bələdiyyə sədrlərinin və millət vəkillərinin iştirak etdiyi konfransda Binəqədi Rayon Bələdiyyəsinin sədri Mürsəl Eminovun bu sahədəki fəaliyyəti müsbət qiymətləndirilmiş və pilot layihə kimi müəyyən edilərək, respublika üzrə təbliğ edilməsi tövsiyə olunmuşdur.
“Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələri” mövzusunda 28 aprel 2021-ci il tarixdə keçirilən videokonfransda Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədovun çıxışından
"... Bələdiyyələr tərəfindən yerli vergilər üzrə yaranmış debitor borcların yığılması məqsədilə icrası məcburi aktların qəbul edilməsi və aidiyyəti icra qurumlarına göndərilməsi vəziyyəti Bakı bələdiyyələri üzrə təhlil edilmişdir. Bu sahədə müsbət təcrübəsi olan Binəqədi bələdiyyəsi pilot kimi müəyyənləşdirilmişdir. Qeyd olunan təcrübənin ilk növbədə bir sıra Bakı bələdiyyələrində təbliği nəticəsində cari ilin yalnız birinci rübündə bu cür inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi halları 4 dəfə artmışdır. Hazırda bu təcrübənin bütün bələdiyyələrdə daha geniş təbliği və təşviqi planlaşdırılır.
Digər mühüm məsələ yerli vergi və ödəniş ödəyicilərinin və obyektlərinin dəqiq uçotunun aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi və nəticədə yerli büdcə gəlirlərinin artırılması ilə bağlıdır. Bu sahədə pilot bələdiyyə kimi Nəsimi bələdiyyəsində həyata keçirilmiş tədbirlər nəticəsində uçota alınan yerli vergi və ödəniş obyektlərinin sayı demək olar ki, 2 dəfəyə yaxın artmışdır. Aparılan təhlil göstərdi ki, yerli büdcə gəlirlərinin artırılması üçün xeyli potensial imkanlar mövcuddur. ..."
Keçid üçün: