Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, müharibə illərində arxa cəbhədə çalışan zəhmətkeşlər və həlak olmuş döyüşçülərin ailə üzvləri ziyarət edildi
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “9 May - Qələbə günü”nün 76-cı ildönümü ilə əlaqədar 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, müharibə illərində arxa cəbhədə çalışan zəhmətkeşlər və həlak olmuş döyüşçülərin ailə üzvləri evlərində ziyarət olundu.
Qeyd edək ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqı misilsiz xidmətlər - ön və arxa cəbhədə qəhrəmanlıq və şücaət göstərmişdir.
Məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan "9 May - Qələbə Günü" yenidən dövlət bayramları sırasına daxil edilmiş və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülməkdədir.