Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram şənliyi təşkil edildi
01 yanvar 2014 | 11:00
30 dekabr 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram süfrəsi açıldı və şənlik təşkil edildi.
“Elit” Ticarət və Əyləncə Mərkəzində keçirilən tədbirdə Binəqədi rayonu 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Yeni il” proqramı, müxtəlif əyləncəli oyunlar və rəqslər xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram ovqatını daha da artırdı.
Sağlamlığı məhdud olan bir çox uşaq Yeni il münasibətilə evlərində təbrik edildi və onlara bayram sovqatı təqdim edildi.
Bundan əlavə, 100-ə yaxın aztəminatlı ailələrin uşaqları və rayon məktəblilərinin əlaçı şagirdləri üçün Yeni il şənliklərinə biletlər hədiyyə edildi.