Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazimiz Əli Tapdıq oğlu Səfərov ziyarət olundu.
Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin ailələri, həmçinin, sağlamlığını itirmiş qazilərimiz və ovların ailə üzvləri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən mütəmadi olaraq ziyarət edilir, onları narahat edən problemlər araşdırılaraq, zəruri tədbirlər görülür və köməkliklər göstərilir.
25 may 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov III qrup Vətən müharibəsi qazisi Əli Tapdıq oğlu Səfərovu ziyarət etdi, onun səhhəti, qayğı və problemləri ilə maraqlandı.