Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazimiz Ceyhun Müşqilat oğlu Sədrayev ziyarət olundu.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin ailələri, həmçinin, sağlamlığını itirmiş qazilərimiz və ovların ailə üzvləri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən mütəmadi olaraq ziyarət edilir, onları narahat edən problemlər araşdırılaraq, zəruri tədbirlər görülür və köməkliklər göstərilir.
25 may 2021-ci il tarixində növbəti dəfə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov III qrup Vətən müharibəsi qazisi Ceyhun Müşqilat oğlu Sədrayevi ziyarət etdi. Şəhid ailələrinin, qazilərimizin və onların ailə üzvlərinin daim dövlətimizin diqqətində olduqlarını vurğulayan şöbə müdiri qazi Ceyhun Sədrayevin səhhəti, qayğı və problemləri ilə maraqlandı.