Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında bayram şənlikləri təşkil edildi

02 yanvar 2014 | 11:00

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi ilə əlaqədar Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında əhalinin istirahətinin səmərəli təşkil edilməsi məqsədilə bir sıra tədbirlər keçirildi.
Park müxtəlif işıq effektləri, Yeni il atributları ilə bəzədildi, Ukraynadan dəvət edilmiş janqlyorlar sakinləri əyləndirdi, onlara xoş əhval-ruhiyyə bəxş etdilər. Tədbirlərin sonunda təşkil edilmiş atəş-fəşanlıq binəqədililərə əsl bayram sevinci yaşatdı.

Keçidlər