Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə uyğun olaraq, Binəqədi rayonunda da şəhid ailələri və müharibə veteranları davamlı dövlət qayğısı ilə əhatə olunur

27 may 2021 | 11:00

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə, Vətən müharibəsi iştirakçılarına dövlət  tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Bu istiqamətdə aparılan işlərdən birinin nəticəsi olaraq Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş polkovnik-leytenant Ruslan Tağıyevin xanımı Günay Tağıyeva məzunu olduğu və bu gün də övladlarının təhsil aldığı 283 nömrəli tam orta məktəbdə laborant kimi fəaliyyətə başlayıb. Doğma məktəb, doğma kollektivin bir neçə üzvü, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova yüksək səmimiyyətlə Günay xanımı qəbul edərək hər zaman yanında olacaqlarını bildirdilər. Məktəb kollektivi göstərdikləri dəstəyə görə Binəqədi Rayonu İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dərin təşəkkürlərini bildirdilər.

Keçidlər