Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsində intihara cəhdlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi

02 iyun 2021 | 11:00

2 iyun 2021-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində özünü 1-ci Qarabağ müharibəsinin veteranı kimi təqdim edən Kəlbəcər rayon sakini, 1973-cü il təvəllüdlü Hacıyev Məmmədəli İsgəndər oğlu qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd etmişdir. Qanunsuz fəaliyyəti ilə əlaqədar xəbərdarlıq edildiyi zaman üzərinə neft tökərək intihara cəhd etmişdir.

Məlumat üçün bildiririk ki, bundan əvvəllər də bu şəxs Bakı şəhərinin bir çox rayonlarında özünü 1-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim etməklə dövlət mülkiyyətində olan torpaq sahələrini zəbt edərək yaşayış və qeyri-yaşayış obyektlərinin tikintilərinə nail olmaq məqsədilə bu tipli təxribatları törətmişdir.

 

Keçid üçün:

https://qafqazinfo.az/news/detail/bakida-pistaxtasi-sokulen-sexs-ozunu-yandirdi-foto-325515

https://www.turan.az/ext/news/2021/6/free/Social/az/4644.htm/001

https://m.modern.az/az/news/292637/

Keçidlər