Binəqədi rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “XARIBÜLBÜL” master-klassı keçirilmişdir
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və 6 nömrəli Uşaq və Gənclərin Yaradcılıq və İnkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “XARIBÜLBÜL” master-klassı keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, 6 nömrəli Uşaq və Gənclərin Yaradcılıq və İnkişaf mərkəzinin direktoru Ziyat Nəbiyev, master-klassın bədii rəhbəri Nigar Seyidova-Baxşəliyeva, 291 saylı körpələr evi-uşaq bağçasının direktoru Sahibə Ağayeva, müəllim kollektivi və məktəbəqədər hazırlıq qrupunun və 298 saylı tam orta məktəbin 1-ci sinif şagirdləri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova uşaqları “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edərək əlavə etdi ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur və uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. O, bildirdi ki, güclü və inkişaf etmiş Azərbaycan dövlətində yaşayıb dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarına görə Azərbaycan uşaqları çox xoşbəxtdirlər. Həmçinin, master-klassın Qarabağın simvolu sayılan xarıbülbül gülünün adını daşımasının mahiyyətindən bəhs edərək sonda master-klassın gedişatına uğurlar arzu etdi.
Daha sonra, Namiq Tarverdiyev, Ziyat Nəbiyev, Nigar Seyidova-Baxşəliyeva və Sahibə Ağayeva uşaqları təbrik edərək, onlara sağlam və uzun ömür, şən həyat, xoşbəxt və firəvan gələcək, hər birinə gələcək həyatlarında uğurlar əldə edib güclü Azərbaycan dövlətinə layiqli şəxsiyyət olmağı arzu etdilər.
Master-klassa rəhbərlik edən Nigar Seyidova-Baxşəliyeva uşaqlara əvvəlcə rəngləməyin sirrlərindən danışaraq, onlara düzgün rəgnləmə qaydalarını öyrətdi. Daha sonra uşaqlar xarıbülbül gülünün maketini rəngləyərək həm xarıbülbül gülü haqqında biliklərə, həm də düzgün rəngləmə bacarıqlarına yiyələndilər.
Sonda bütün uşaqlar “Xarıbülbül” master-klassında iştirakına görə sertifikatlarla təltif olundular.