Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 284 saylı tam orta məktəbdə Vətən müharibəsi şəhidi Ramin Hüseynovun xatirəsinə həsr edilən kitabın təqdimatı keçirilmişdir.

02 iyun 2021 | 11:00

Binəqədi rayonu 284 saylı tam orta məktəbdə Vətən müharibəsində ən uca zirvə - Şəhidlik zirvəsinə ucalan Ramin Hüseynovun xatirəsinə həsr edilən kitabın təqdimatı keçirilmişdir.

Təqdimat mərasimində Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, şəhidin ailə üzvləri və yaxınları, 284 saylı tam orta məktəbin direktoru Nizami Novruzov və məktəbin kollektivi, kitabın müəllifləri və KİV nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, kitabda yaxınlarının qəhrəmanımızla bağlı xatirələrinə yer verilib- onun igidliyindən, döyüşlərdə göstərdiyi şücaətindən, Vətənə bağlılığından danışılıb.

Vətən müharibəsinin 11-ci günündə 27 yaşında şəhidlik zirvəsinə ucalan Ramin Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər