Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Ağayev İlkin Tehran oğlunun doğum günüdür.

02 iyun 2021 | 11:00

Vətənimizin  müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canını qurban verənlər heç vaxt unudulmur, onlar ən yüksək Zirvəyə-Şəhidlik zirvəsinə ucalırlar. Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Bu gün, Vətənimizin qəhrəman oğullarından- şəhid gizir Ağayev İlkin Tehran oğlunun dünyaya göz açdığı gündür.

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü şəhidimiz!

Ağayev İlkin Tehran 02 iyun 1986-cı ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş və Körpükənd kənd tam orta məktəbində də təhsilini başa vurmuşdur. Azərbaycan Ordusunun giziri olan İlkin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İlkin Ağayev 2020-ci il noyabrın 8-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olmuş və  Zərdab rayonu Körpükənd kəndində dəfn edilmişdir. Ailəli idi, bir övladı var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər