Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2013-cü ilin dekabr ayında aparılmış abadlıq-quruculuq işləri

09 yanvar 2014 | 11:00

Rayonda dekabr ayı ərzində 422 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 243 p/m su xətti dəyişdirilib, 112 p/m su xətti təmir edilib, 1272 ədəd sayğac quraşdırılıb.
494 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 574 p/m yağış suyu xətti, 58 ədəd barmaqlıq və 2498 p/m kanalizasiya xətt təmir və bərpa edilib.
Binəqədi QİS ərazisində ümumilikdə 6664 p/m qaz xətti çəkilib, 250 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda binaların istilik xəttində dik dayaqlarda 57 m  boru, zirzəmilərdə 18 m boru,  8-ci mikrorayonda yaşayış binalarının istilik xəttində dik dayaqlarda 20 m boru, zirzəmilərdə 9 m, Azadlıq prospekti, Naxçıvani, Ş.Məmmədova, N.Nərimanov, İ.Dadaşov və C.Hacıbəyli küçələrində yaşayış binalarında dik dayaqlarda 63 m, zirzəmilərdə  55 m boru bərpa edilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
TM-13-də yenidənqurma və təmir işləri, TM-597-TM-608 arası 6 kv-luq hava xəttində təmir işləri aparılıb, TM-23-də 0,4 kv-luq kabel xətti dəyişdirilib,  TM-də 5 ədəd 400 A ayrıc quraşdırılıb, TM-819-da və TM-826-da yenidənqurma işləri başa çatdırılıb, TM-682-də yeni avadanlıqlar quraşdırılıb.
Koroğlu küçəsinə 704 saylı TM-dən yeni kabel xətti çəkilib, DSK-3-də 400 KV transformator 630 kv ilə əvəz olunub.
KTM-35-də 0,4 kv-luq 1 ədəd ayrıc dəyişdirilib, KTM-843-də 0,4 kv-luq kabel xəttində,  KTM-233-də təmir işləri aparılıb, KTM-35-də 250 kv transformator 400 kv-luq transformatorla əvəz olunub.
PQ-948-də 6kv-luq hava xəttində təmir işləri aparılıb.
9-cu mikrorayonda və Z.Əliyeva adına parkda yarasız 140 ədəd lampa, 31 ədəd drossel, 75 m yanmış kabel, Biləcəri və Binəqədi qəsəbələrində 59 ədəd yararsız lampa, 28 ədəd drossel, 105 m yanmış kabel, Sulutəpə yaşayış sahəsində  70 m yanmış kabel, 35 ədəd yararsız lampa, 15 ədəd drossel, 6-cı mikrorayonda 26 ədəd yararsız lampa, 7 ədəd drossel, 35 m yanmış kabel, 7-ci mikrorayonda 58 ədəd yararsız lampa, 10 ədəd drossel,  70 m yanmış kabel,  8-ci mikrorayonda 111 ədəd yararsız lampa, 28 ədəd drossel, 150 m yanmış kabel dəyişdirilib.
14 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 11 binanın həyətində abadlıq işləri aparılır, 4 binada 5400 kv. metr çardaqlı dam örtüyündə əsaslı təmir işləri aparılır, 2 binanın həyətində xeyir-şər evinin yenidən qurulması işləri davam etdirilir.
Yaşayış binalarının 21 girişində təmir işləri aparılır.
8 binada 7140 kv. metr yumşaq dam örtüyü təmir edilib.
Ümumilikdə 8945 kv. metr asfalt örtüyü çəkilib.
9-cu mikrorayonda 20 ədəd yeni liftin quraşdırılmasına başlanılıb, 10 girişdə liftlərin əsaslı təmir işləri aparılır.

Keçidlər