Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "15 İyun - Milli Qurtuluş günü"nə həsr olunmuş "Qurtuluşumuzun banisi" adlı şeir müsabiqəsi keçirilmişdir

15 iyun 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və  6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş günü"nə həsr olunmuş  "Qurtuluşumuzun banisi" adlı şeir müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında geniş təbliğ edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, onların istedad və bacarıqlarının  inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Müsabiqədə 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, metodiki şöbəsinin müdiri Mahirə Əliyeva, mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Nuranə Novruzova və  mərkəzin “Bədii qiraət”,  “Ədəbi diyarşünaslıq” və  “Məktəb teatrı” dərnəklərin üzvləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev açaraq tədbirin mahiyyəti haqqında geniş məlumat verdi. Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva çıxış edərək  "15 İyun - Milli Qurtuluş günü" münasibəti ilə tədbir iştirakçılarını  təbrik etdi və müsabiqənin iştirakçılarına  uğurlar arzuladı.

Müsabiqənin nəticəsinə əsasən;

1.Novruzova Aydan - 1-ci yer;
2.Müslümzadə Sevgi - 2-ci yer;
3.Baxışzadə Yusif - 3-cü yerə  layiq görülmüşlər.

Müsabiqədə fərqlənən iştirakçılar:
1. Paşayeva Mədinə
2. Əhmədov Şahin
3. Quliyeva Nuray
4. Hümbətova Aylin
5. Mirzəyeva Zəhra
6. Allahyarova Gülü
7. Mirzəliyeva Zəhra
8. Şəkəralıyev Kənan
9. Yəhyazadə Şəms
10. Kərimzadə Hökümə

Müsabiqədə qalib gələn və fərqlənən iştirakçılar Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli “Diplom” və “Təşəkkürnamə” ilə mükafatlandırılmışlar.

 

 

Keçidlər