Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi bələdiyyələri ilə Türkiyə Bələdiyyələr Birliyi və qardaşlaşmış bələdiyyə olan Keçiörən Bələdiyyəsi arasında ikitərəfli görüşlər davam etdirilir

16 iyun 2021 | 11:00

Azərbaycanda bələdiyyə institutu formalaşmağa bağladığı dövrdən keçən 22 il ərzində yerli özünüidarəetmənin təkmiləşdirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr həyata keçirilir, beynəlxalq miqyasda münasibətlərin inkişafı davam etdirlir. Bu istiqamətdə aparılan görüşlər çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələr tərəfindən əvvəlki illərdə Türkiyə Respublikasına səfərlər təşkil edilmiş və təxminən 150 illik inkişaf tarixi olan Türkiyə bələdiyyələrinin təcrübəsi ilə tanışlıqlar həyata keçirilmişdir.

Bu tədbirlər çərçivəsində növbəti dəfə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə Türkiyə Bələdiyyələr Birliyi arasında mövcud olan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Türkiyə Bələdiyyələr Birliyinin dəvətini nəzərə alaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, Binəqədi Rayon Bələdiyyəsinin sədri Mürsəl Eminov və Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova Türkiyə Respublikasının Ankara şəhərinə ezam olunaraq, 7-11 iyun 2021-ci il tarixlərində ikitərəfli görüşlər çərçivəsində keçirilmiş konfransda iştirak etmişdirlər.

Səfər çərçivəsində Türkiyə Bələdiyyələr Birliyi, Türkiyə Respublikasının ən böyük bələdiyyələrindən biri olan və paytaxt Ankara şəhərində yerləşən, Binəqədi Rayon Bələdiyyəsi ilə qardaşlaşmış bələdiyyə olan Keçiörən Bələdiyyəsi ilə tanışlıq görüşü olmuşdur. Görüş zamanı qardaş ölkənin yerli özünüidarə qurumları ilə gələcəkdə sıx əməkdaşlıq və həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsi aparılmışdır.

Səfər zamanı Binəqədi rayonunu təmsil edən nümayəndə heyəti Türkiyə Bələdiyyələr Birliyinin əməkdaşlarının və Keçiörən Bələdiyyəsinin başkanı Turqut Altınokun müşayiəti ilə Keçiörən Bələdiyyəsinin yaratdığı istehsal müəssisələri, idman-sağlamlıq mərkəzləri, istirahət və əyləncə mərkəzləri, parklar, kitabxanalar və muzeylərlə, eyni zamanda, onların iş fəaliyyəti ilə tanış olmuşlar. Bələdiyyə tərəfindən məişət tullantılarının atıldığı ərazidə yaradılmış, 250 metr uzunluğunda olan şəlalə, 3 km uzunluğunda Atatürk botanik parkı (Atatürk Bahçesi), dağlıq ərazi abadlaşdırıllaraq salınmış parklarda tanışlıq zamanı gəzintilər təşkil olunmuşdur. Eyni zamanda, Ankara ərazisində yerləşən Heydər Əliyev parkında gəzinti təşkil edilmiş və Atatürkün məzarı ziyarət olunmuşdur.

Türkiyə Bələdiyyələr Birliyinin və Keçiörən Bələdiyyəsinin inzibati binalarında təşkil edilmiş kofrans zamanı Binəqədi Bələdiyyələrinin təşəbbüsü ilə gələcəkdə həyata keçirilməsi nəzərdə tutlan layihələrin müzakirəsi aparılmışdır.

Keçiörən Bələdiyyəsinin yaratdığı qardaşlıq muzeyi ilə tanışlıq zamanı Azərbaycanla bağlı guşənin yaradılması məqsədi ilə milli geyimlərinin və digər atributlarının təqdim edilməsi bağlı təklif verildi.

Görüş çərçivəsində Türkiyə bələdiyyələrinin büdcəsinin formalaşmasında rol oynayan gəlir sahələri, eyni zamanda, aidiyyatı ərazilər üzrə bələdiyyə xərcləri çərçivəsində görülmüş işlər barədə müzakirələr də aparılmış, gələcəkdə müvafiq təcrüblərin Azərbaycanda fəaliyyət göstərən bələdiyyə institutlarında da tətbiq edilməsi məqsədi ilə bir sıra layihələrin müzakirə olunması nəzərdə tutulmuşdur.

Görüş çərçivəsində Türkiyə Bələdiyyələr Birliyində görüş

Görüş çərçivəsində Keçiörən Bələdiyyəsində görüş

Keçiörən Bələdiyyəsinin inzibati binası

Keçiörən Bələdiyyəsinin inzibati binası

Ankara şəhərində Aslanlı Yol 

Atatürkün məzarı

Keçiörən Bələdiyyəsinin qardaşlıq muzeyi

Keçiörən Bələdiyyəsi ərazisində yaradılmış şəlalə

Atatürk botanik parkı (Atatürk Bahçesi)

Keçiörən Bələdiyyəsinin istesal etdiyi un məmulatlarının satış müəssisələri

Heydər Əliyev parkında gəzinti

Keçidlər