Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində "23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd olunub

24 iyun 2021 | 11:00

23 iyun 2021-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində "23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə tədbir keçirildi. 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavinləri Vüsar İsmayılov və Sevinc Süleymanova, RİH başçısı Aparatının dövlət qulluqçuları, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayır və Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir və "23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Sonda rayon rəhbəri dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara öz çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı.

Daha sonra, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatların aparılmasında məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Çıxışının sonunda natiq dövlət qulluqçularını təbrik edərək onlara gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzuladı.

Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir sıra dövlət qulluqçılarına Binəqədi Rayon İcra Hakimiyyəti baçşısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olundu.

Keçidlər