Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti mükafata layiq görüldü

16 yanvar 2014 | 11:00

Yanvarın 15-də Jumeirah Bilgah Beach Hotel-də nüfuzlu işgüzar jurnal olan "Consulting&Business" tərəfindən 2000-ci ildə təsis edilmiş "İlin Şirkəti" Milli Mükafatının 2013-cü ilin yekunlarına görə təqdimetmə mərasimi keçirildi.
Azərbaycan iqtisadiyyatı və biznesinin müxtəlif sahələrində çalışan 28 laureat bu ali mükafata layiq görüldü. Onların arasında nüfuzlu maliyyə institutları, iri sənaye müəssisələri və developerlər, eləcə də kiçik və orta biznesin qabaqcıl şirkətləri yer aldı. Mükafata layiq görülən bütün şirkətlər fərqli olmalarına baxmayaraq yüksək rentabelli, bazarda sabit mövqeyə malik və intensiv inkişaf edən, maliyyə şəffaflığı və informasiya açıqlığı üzrə beynəlxalq standartları tətbiq edənlərdir.
Binəqədi Rayon İcra Hakimiyyəti xüsusi nominasiya olan "İlin yerli icra hakimiyyəti orqanı" nominasiyası üzrə mükafata layiq görüldü.
Mükafatı qəbul edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Aygün Əliyeva təşkilatçılara Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərovun adından təşəkkür edərək qeyd etdi ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildi. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatı da “elektron hökümət”in yaradılması istiqamətində səylə çalışdı və nəticədə əməyi xüsusi qiymətləndirildi. Bütün mükafatçıları təbrik edən Aygün Əliyeva ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hər bir iştirakçıya gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonda, xatirə şəkilləri çəkdirildi.

Keçidlər