Binəqədi rayonunda Azərbaycan Respublikasi Prezidenti tərəfindən təltif edilmiş şəxslərə medalların təqdimedilməsi mərasimi keçirildi
26 iyun 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasi Silahli Qüvvələrinin Yaranmasinin 103-cü ildönümü və Vətən müharibəsi zamani Azərbaycan Respublikasi ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəhid olmuş, xəsarət almış və Azərbaycan Respublikasi Prezidenti tərəfindən təltif edilmiş şəxslərə orden, medal və onların vəsiqələrinin (ölümündən sonra təltif olunanlarin ailə üzvlərinə) təqdim edilməsi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Şəhid ailələri və vətən müharibəsi iştirakçıları, qazilər, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin üzvləri Madər Musayev, Azay Quliyev, Kəmaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, Binəqədi rayon hüquq-mühafizə orqanlarının, rayon Gənclər və İdman İdarəsinin, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbər şəxsləri, ictimai birlik rəhbərləri iştirak edirdirlər.
Tədbir Azərbaycan Respublikasının Himninin səsləndirilməsi və Vətən müharibəsi dövründə ordumuzun şücaətini əks etdirən və Azərbaycan Respublikası Prezidetinin xalqa müraciət kadrlarından ibarət video-çarxla başlandı.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev şəhid ailələrini, qaziləri, Vətən müharibəsi iştirakçılarını salamlayaraq Milli Ordumuzun yaranmasının 103-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, “Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdur. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün böyük tədbirlər görmüşdür. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülüb və görülür. 44 günlük Vətən Müharibəsində əldə olunan şanlı qələbə bunu bir daha sübut etdi.
Daha sonra, çıxış edən millət vəkili Azay Quliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan xalqının milli qürur günlərindən biridir. İgid oğullarımız torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşdular. Cəsur zabit və əsgərlərimiz Azərbaycan tarixinin şanlı qəhrəmanlıq salnaməsini yazdılar. Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikri söyləyərək- "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır" – bu fikrin hər bir kəsi qürurlandığını bildirdi. Biz ordumuzla fəxr etmişik, fəxr edirik, fəxr edəcəyik.
Daha sonra, idarə rəisi polkovnik-leytenant Nicat Həsənov öz çıxışında - Azərbaycan Ordusunun şanlı tarixindən geniş məlumat verərək 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın nəhayət ki, ölkəmiz qarşısında diz çökdüyünü, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbənin Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdiyini bildirdi. Həmçinin əlavə etdi ki, biz ordumuzla, qalibiyyətli əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını göylərə qaldıran vətəndaşlarımızla fəxr edirik.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərncamlarına əsasən ölümündən sonra təltif edilən şəhidlərimizin ailə üzvlərinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu. Mükafatlandırma bitdikdən sonra şəhid ailələrinin, qazilərin və döyüşçülərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndirildi. Müraciətdə deyilirdi: “Möhtərəm cənab Prezident! Bu əlamətdar gündə Şəhidlərimizin ölməz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayır və Sizi əmin edirik ki, biz şəhid ailələri, qazilər və döyüşçülər Sizin bütün işlərinizi dəstəkləyir və Sizinlə bir yerdə olduğumuzu bəyan edirik.”
Sonda tədbirin bədii hissəsində 3 saylı tam orta məktəbin şagirdi Leyla Məlikova Rahil Məmmədin “Qələbə Müjdəsi” adlı şeirini və rayonun gənci Aydan İlxaszadə “Zəfər paradı” adlı mahnını ifa etdilər.
https://m.modern.az/az/news/296073/
https://azpress.az/index.php?lang=az§ionid=news&id=110803
https://operativ24.az/index.php?newsid=11606
https://interaztv.az/politics/320251
\