Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə iclas keçirildi

01 iyul 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə iclas keçirilmişdir.

İclasda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin Binəqədi rayon idarələrinin və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və digər aidiyyəti qurumlar iştirak etmişlər.

Tədbir zamanı rayon ərazisində fövqəladə hallara qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə yüksək gərginlikli hava elektrik ötürücü xəttlər, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərləri, eyni zamanda, meşə təsərrüfatı və digər ekoloji strateji yerlərin mühafizəsi və digər məsələlər müzakirə olunmuşdur. Həmçinin qeyd edək ki, aidiyyəti qurumlara məişət və sənayə tullantılarının ərazidən vaxtında təmizlənməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər